Samirə İdris Cəfərovla müqavilə bağladı - video

Samirə İdris Cəfərovla müqavilə bağladı - video
3263 dəfə oxunub
  • A-
  • A
  • A+
Gənc müğənni Samirə Əfəndiyeva Ukraynada yaşayan azərbaycanlı prodüser İdris Cəfərovla əməkdaşlığa başlayıb.

Axşam.az-ın məlumatına görə, il sonunadək imzalanan müqaviləyə əsasən, ifaçı bundan sonra "Efendi" adı altında çıxış edəcək. O, bir neçə Beynəlxalq layihələrin iştirakçısı olacaq.

Bu layihələr çərçivəsində Samirə yeni mahnı və klipini təqdim edib. "Ya Tancuyu" ("Mən rəqs edirəm") adlanan mahnı ilə bağlı bütün işlər "Art Sound Production" tərəfindən həyata keçirilib.

Klip "Jafarov Creative" agentliyi tərəfindən Azərbaycanda çəkilib. Klipin ərsəyə gəlməsi üçün 100-dən çox insan əmək sərf edib.  Rəqs və klipin baş qəhrəmanları obrazını "NERO" rəqs qrupu və Emin Hüseynov canlandırıb. Ekran işinin videoqrafı isə Ramin Cəfərovdur.

Qeyd edək ki, S.Əfəndiyeva "Səs Azərbaycan" musiqi yarışmasının finalçısı olub.