Səxavət Məmmədovun 60 illiyi qeyd ediləcək

Səxavət Məmmədovun 60 illiyi qeyd ediləcək
1060 dəfə oxunub
  • A-
  • A
  • A+
Noyabrın 25-də Səxavət Məmmədovun 60 illik yubileyi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, yubiley Beynəlxalq Muğam Mərkəzində olacaq. Tədbiri Xan Şuşinski Fondu təşkil edir.
 
Qeyd edək ki, Səxavət Əmirxan oğlu Məmmədov 1953-cü il, oktyabrın 23-də Ağdamın Abdal-Gülablı kəndində dünyaya gəlib. Cabbar, Bülbül, Üzeyir, Seyid, Xan kimi dahilərdən öyrənən S. Məmmədov 1991-ci il, sentyabrın 30-da avtomobil qəzasında dünyasını dəyişib.