Adriana Lima Türkiyədə podiuma çıxacaq - fotolar

Adriana Lima Türkiyədə podiuma çıxacaq - fotolar
2217 dəfə oxunub
  • A-
  • A
  • A+

Braziliyalı model Adriana Lima Antaliyada keçiriləcək "Dosso Dossi Fashion Show"da iştirak edəcək.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, sabah baş tutacaq dəfilədə podiuma əsas model olaraq çıxacaq.

Bu gün Antalya hava limanında görünən Adriana geyimi ilə diqqət çəkib.

Qırmızı idman geyimində olan modelin gözündə eynək və başında papaq olub. Lima onu qarşılayanlara salam verərək “Yenidən burada olduğum üçün xoşbəxtəm” deyib.

Gecədə Adrianadan başqa, İsabeli Fontana, İzabel Qoulart və Ana Bitriz kimi “Victoria Secret's”in mələkləri də çıxış edəcək.

Xatırladaq ki, məşhur model sonuncu dəfə bu ilin martında da Türkiyəyə getmişdi.