Tülin Şahin boşanmasından danışdı - ilk dəfə

Tülin Şahin boşanmasından danışdı - ilk dəfə
1193 dəfə oxunub
  • A-
  • A
  • A+
Model Tülin Şahin ilk dəfə Memet Özerdən boşanma səbəbindən danışıb.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, model 12 illik ailə həyatının uşağının olmaması üzündən bitməsi xəbərlərinin həqiqəti əks etdirmədiyini bildirib:

“İddia edildiyi kimi, boşanmağımızın səbəbi uşaq deyil”. Tülin “Bəs səbəb Memet Özerin içkiyə qurşanmasıdır” sualına isə “Bununla bağlı danışmaq istəmirəm. belə olmalıydı” cavabını verib.

Qeyd edək ki, Memet Özer açıqlamasında Tülin Şahinlə yola gedə bilmədikləri üçün ayrıldıqlarını demişdi.