Hamilə qadın QİÇS-ə yoluxub, müalicə olunmasa... - video

Hamilə qadın QİÇS-ə yoluxub, müalicə olunmasa... - video
1905 dəfə oxunub
  • A-
  • A
  • A+

Avstraliyalı müğənni Sia "Free me" mahnısına çəkilən klipini təqdim edib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, klip hamiləlik dövründə QİÇS xəstəliyinə yoluxan ana haqqındadır. Klipdə əsas rolu aktrisa Zou Saldana canlandırıb, kadrarxası mətni isə həmkarı Culianna Mur səsləndirib. Mətndə qeyd edilir ki, "Ana müalicə olunmasa, bətnindəki körpə də yoluxacaq".

Sonda Zoi yoluna davam edir. Onun rəqsini xoreoqraf Rayan Heffinqton hazırlayıb.

Mahnı və klipdən gələn gəlir QİÇS-ə qarşı mübarizə fonduna köçürüləcək.