Bütün dövrlərin ən yaxşı filmləri açıqlandı - siyahı

Bütün dövrlərin ən yaxşı filmləri açıqlandı - siyahı
4127 dəfə oxunub
  • A-
  • A
  • A+

"Empire" jurnalı keçirdiyi sorğuda bütün dövrlərin ən yaxşı filminin adını müəyyənləşdirib.

Axşam.az-ın məlumatına görə, 20 min nəfərdən çox respondentin qatıldığı sorğuida 1972-ci ildə çəkilən "Xaç atası" ("Godfather") birinci yeri tutub. İkinci pillədə "Ulduz müharibələri: 5 - İmperiya cavab zərbəsi endirir" (1980), üçüncü pillədə isə "Qara cəngavər" (2008) qərarlaşıb.

İlk onluqda "Şouşenkdən qaçış", "Kriminal qiraət", "Yaxın dostlar", "İndiana Cons: Müqəddəs xəzinə ovçuları", "Çənələr", "Üzüklərin hökmdarı: Üzük qardaşlığı" kimi filmlər yer alıb.

Qeyd edək ki, 2014-cü ildə keçirilən sorğuda birinci "Ulduz müharibələri: 5 - İmperiya cavab zərbəsi endirir" olmuşdu. 2016-cı ildə belə sorğulardan birində Harri Potter haqqında filmlər ən yaxşı ekranlaşdırılan kitab seçilmişdi.