Rüfət rusiyalı müğənnini klipinə çəkdi - video+fotolar

Rüfət rusiyalı müğənnini klipinə çəkdi -  video+fotolar
4552 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Rüfət Axundov media nümayəndələri ilə görüşüb.

Axşam.az-ın məlumatına görə, sənətçi “Love Story” adlı mahnısına çəkdirdiyi klipini təqdim edib. Sözügedən ekran işində Rüfət rusiyalı həmkarı Anjelika Gel ilə bir araya gəlib.

Rus dilində səsləndirilən mahnının müəllifi Anjelikadır.

Yeni işindən danışan müğənni bildirib ki, Anjelika ilə Moskvada tədbirlərin birində tanış olub. Çəkilişlər üçün Anjelika Bakıya gəlib. Ekran işi Abşeron çimərliklərində lentə alınıb.

R.Axundov klipin Rusya kanallarında da yayımlanacağını söyləyib.

Təqdimatda R.Axundovu təbrik etməyə gələnlər arasında qohumu, aktyor Nicat Rəhimov da yer alıb.

Foto: İlqam CƏBİYEV