"Keloğlan Masalları Müzikli" Bakıda

"Keloğlan Masalları Müzikli" Bakıda
522 dəfə oxunub
  • A-
  • A
  • A+

Heydər Əliyev Sarayında Ankara teatrının iştirakı ilə Keloğlan Masalları Müzikli-2 “Uzun-Huysuz Kosmosda” yeni interaktiv müzikl-tamaşa təqdim olunacaq.

Sarayın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, türk cizgi filmindən səhnəyə uyğunlaşdırılan, musiqisi və ssenarisi peşəkar qrup tərəfindən hazırlanan və yüz minlərlə tamaşaçının rəğbətini qazanan Keloğlan Masalları Müziklinin yeni “Uzun-Huysuz Kosmosda” müzikl-tamaşası oktyabrın 22-də uşaqların ixtiyarına veriləcək.

Yalnız bir gün və iki seans olacaq müzikl-tamaşa mahnıları, rəqsləri, qəhrəmanları, həyəcanverici mövzusu ilə uşaqlara və həmçinin böyüklərə möhtəşəm əyləncə vəd edir.