Hacıbaba Bağırovun qızı sərgi keçirdi - fotolar

Hacıbaba Bağırovun qızı sərgi keçirdi -  fotolar
3395 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Hacıbaba Bağırovun 85 ilik yubileyi ilə əlaqədar Musiqili Teatrda silsilə tədbirlər həyata keçirilib.

Axşam.az xəbər verir ki, teatrın əməkdaşları akrtyorun məzarını ziyarət ediblər. Onlar arasında H.Bağırovun ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri, onu sevənlər yer alıblar.

Musiqili Teatrın direktoru Əliqismət Lalayev, əməkdar incəsənət xadimi Cəmil Quliyev, xalq artisti Fatma Mahmudova, əməkdar artistlər Novruz Qartal, Çingiz Əhmədov, gənc aktrisa Gültac Əlili çıxışlarında Hacıbaba Bağırovun sənətindən, canlandırdığı obrazların özünəməxsusluğundan söz açıblar.

Yubiley tədbirləri çərçivəsində daha sonra Musiqili Teatrda aktyorun qızı Şölə Bağırovanın rəsmlərindən ibarət təşkil olunan sərginin açılışı olub. Sərginin açılış mərasimində əməkdar artistlər Nahidə Orucova, Ələkbər Əliyev, aktyor Nadir Xasıyev və başqaları mərhumla bağlı xatirələrini bölüşüblər. 

Tədbirin sonunda çıxış edən H.Bağırovun həyat yoldaşı Arzu Bağırova mərhumun ailəsi adından Dövlət Musiqili Teatrının kollektivinə minnətdarlığını çatdırıb.