Milyarder ərindən ayrıldı

Milyarder ərindən ayrıldı
1436 dəfə oxunub
  • A-
  • A
  • A+
Supermodel El Makferson milyarder əri Ceff Sofferdən boşanıb.

Axşam.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə cütlüyə yaxın mənbə xəbər yayıb:

“El ilə Ceff ayrıldılar. El artıq uşaqları ilə Mayamidəki evini tərk edib. Hazırda o, özünə yeni mənzil axtarır. Deyilənə gör, Ceffin bir neçə qadınla əlaqəsi var imiş. O, isə sadəcə olaraq onlarla dostluq etdiyini bildirib”.

Xatırladaq ki, El ilə Ceff 2013-cü ildə Fici adalarında ailə qurublar. Elin oğulları Flinn və Aurelius onun Cefflə nikahından yox, əvvəlki əri Cill Bensimonla münasibətindən doğulublar.