"Maşın"ın qalibi bəlli oldu - İslam, yoxsa, Elcan?

"Maşın"ın qalibi bəlli oldu - İslam, yoxsa, Elcan?
46476 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, “Maşın” şounun finalı sona çatıb və qalib müəyyən olunub.

Axşam.az-ın məlumatına görə, bunu verilişin aparıcısı, əməkdar artist Murad Dadaşov da təsdiqləyib. O bildirib ki, maşının sahibinin adı səhərə yaxın məlum olub. Amma həmin şəxsin aktyor İslam Mehrəliyev, yoxsa həmkarı Elcan Rəsulov olduğu aparıcı sabah açıqlayacağını söyləyib.

Xatırladaq ki, maşından əlini ilk olaraq rəqqasə Oksana Rəsulova götürüb.

Mehrəliyev və Rəsulov "Maşın"dan çıxdıqdan sonra müsahibə veriblər. Onlar 40 saat ayaq üstə dayanmağın çətinliklərindən danışıblar.

"Bu günlər ərzində burada dayanmağın əsl səbəbi məndən çəkidən yüngül olanlara sübut etdim ki, sonadək dayanacam. Sonadək də dayandım. Heç kim burada 10 saat dayanmaz, amma biz 40 saat dayandıq", - deyə Elcan bildirib.

"Deyirdilər ki, Oksana çox güclü rəqibdir. Amma inandırım sizi ki, ən güclü rəqib Elcandır. Burada dayandığım vaxt suyu az-az içirdim. Yuxu, bəzi ehtiyacları ödəmək, bunlar çətinlik yaratdı. Bura gələndə 80 kiloqram idim. İndi 75 kiloqram olmuşam", - deyə İslam qeyd edib.