Röya: "Çox gözəl olmasam da ..."

Röya: "Çox gözəl olmasam da ..."
3292 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Röya Türkiyə mətbuatına müsahibə verib.

Axşam.az xəbər verir ki, “Göndər” və “Gəmiçilər” mahnıları ilə Türkiyə şou-biznesinə qatılan sənətçi imicindən, gələcək planlarından və digər mövzulardan danışıb. Müsahibəni ixtisarla təqdim edirik.

- “Göndər” mahnısının müəllifi Soner Sarıkabadayı və “Gəmiçilər”in yazarı Əflatun son dövrlərin ən məşhur yaradıcı insanlarıdır. Onları xüsusilə seçirsiniz?

- Təbii ki. Mən işimlə yaşayıram, işinə aşiq olanlarla əməkdaşlıq etməyi sevirəm. Hər zaman da belə olacaq.

- Saç və geyiminiz tez-tez dəyişir. Özünüzlə çox məşğul olursunuz?

- Dəyişməyi çox sevirəm. Çox gözəl olmasam da, buqələmun kimiyəm. Məni həmişə dəyişkən görəcəksiniz, təkcə qəlbim dəyişməyəcək.

- İşinizdə inadkar və əzmli olduğunuzu düşünürəm. Çünki çox iddialı insanlarla çalışırsınız.

- Mən başqalarına paxıllıq etmək əvəzinə, daha yaxşısını bacarmağa cəhd edirəm. Türkiyədə çox istedadlı musiqiçilər var. Mən burada ölkəmi yaxşı təmsil etmək istəyirəm.

- Türkiyədə albom hazırlamağa həyat yoldaşınızı necə razı saldınız?

- O mənimlə evlənməzdən əvvəl bunları bilirdi. Hər zaman konsertlərim və çəkilişlərim olurdu. Bu səbəbdən anlaşmağımız elə də çətin olmadı. Həmçinin onu uzun zamandır tanıdığım üçün aramızda çox böyük hörmət var.

- Türkiyədə qadın müğənnilər sizin mahnılarınızı bəyəndiklərini bildirir...

- Onların səsimi sevdiklərini bilirəm. Bir az da ölkələrimiz arasındakı qarşılıqlı sevginin təsiri var. Onlara təşəkkür edirəm.

- Özünüzə kimləri rəqib görürsünüz?

- Heç kimin yerində gözüm yoxdur. Bəyəndiklərim, özümə bənzətdiklərim var. Əsas odur ki, mən istədiyim mövqedəyəm.

- Teleseriallardan təklif almısınız?

- Bir filmdən təklif gəlmişdi. Amma mən ən yaxşı bacardığım işi görmək - mahnı oxumaq istəyirəm.

- Yeni albom olacaqmı?

- Ağlımda çox gözəl mahnılar və fərqli bir Röya var. Gülşənin bir mahnısını hədəfə almışam. Albomda Azərbaycan mahnısı da olacaq.