“Mən gəldim qızlar” “Səhnədən salam”dan qayıtdı...

“Mən gəldim qızlar”  “Səhnədən salam”dan qayıtdı...
338 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Qazaxıstan Respublikasının paytaxtı Astanada hər il ənənəvi keçirilən “Səhnədən salam” V Beynəlxalq Teatr Festivalından uğurla geri dönüb.
 
Axşam.az xəbər verir ki, festival Astana şəhərinin paytaxt elan olunmasının 19 illiyi, Qazaxıstanın xalq artisti Azərbaycan Mambetovun anadan olmasının 85 illik yubileyi və “EKSPO - 2017” Beynəlxalq sərgisi münasibətilə iyunun 12-də start götürüb. 

İyunun 17-dək davam edəcək festivalda yaradıcı heyətimiz görkəmli İsveç dramaturqu Lars Nurenin “Mən gəldim qızlar” (“Müharibə”) tamaşası ilə iştirak edib. Dövlət Gənc Tamaşaçılar Teatrının təqdim etdiyi “Mən gəldim qızlar” (“Müharibə”) tamaşasını seyr edənlər arasında ölkəmizin Qazaxıstan Respublikasındakı səlahiyyətli səfiri Rəşad Məmmədov və Astanada yaşayıb fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbərliyi və fəalları da var idi. 

Festivalın ekspert şurasında Qazaxıstan, Rusiya, Almaniya, Moldovadan dəvət edilmiş tanınmış teatrşünas alimlər, beynəlxalq teatr festivallarının rəhbərləri təmsil olunaraq, tamaşalarda və müzakirələrdə iştirak ediblər. 

“Mən gəldim qızlar” haqqında maraqlı rəylər bildirən münsiflərin sözlərinə görə festivalın yeni start götürməsinə baxmayaraq aktyorlarımızın ifa etdiyi səhnə əsəri rejissor işi və aktyor ifası baxımında olduqca peşəkardır.