Sabah "İt gəzdirən xanım"a baxa bilərsiniz

Sabah "İt gəzdirən xanım"a baxa bilərsiniz
427 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcı kollektivi yeni tamaşa hazırlayır.

Teatrdan Axşam.az-a məlumat verilib ki, sözügedən tamaşa A.P.Çexovun “İt gəzdirən xanım” hekayəsi əsasında hazırlanıb.

Belə ki, teatrsevərlər iyunun 18-də nümayiş olunacaq səhnə əsərinə Leyla Atayevanın quruluşunda baxacaqlar. Tamaşada rəsmlərin quruluşu Nurlan Rüstəmova, əsərin plastik həlli isə Xalq Artisti Bəxtiyar Xanızadəyə məxsusdur.

Səhnə əsərində rolları Əməkdar Artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Leyla Atayeva, Nuridə Musabəyli, Elxan Şahalıyev, Elnur Rzayev və Beyrək Rüstəmov canlandıracaq.

Qeyd edək ki, A.P.Çexovun “İt gəzdirən xanım” hekayəsi əsasında 1960-cı ildə “Lenfilm” kinostudiyasında eyniadlı film də ekranlaşdırılıb.