Fidan və Xuraman Qasımovalar üçün bir araya gəldilər - fotolar

Fidan və Xuraman Qasımovalar üçün bir araya gəldilər -  fotolar
4396 dəfə oxunub
  • A-
  • A
  • A+

Heydər Əliyev Sarayında xalq artistləri Fidan və Xuraman Qasımovaların yaradıcılığına həsr olunan tədbir keçirilib. 

Axşam.az-ın məlumatına görə, gecədə ilk olaraq müğənnilərin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub. 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Fidan və Xuraman Qasımova bacılarının Azərbaycan musiqi mədəniyyətinin və vokal ifaçılıq sənətinin formalaşmasındakı xidmətlərindən söz açıb. Nazir onların yüksək mükafatlara və fəxri adlara layiq görülməsini Prezident İlham Əliyevin mədəniyyətə və sənətə verdiyi yüksək qiymət kimi dəyərləndirib.

F.Qasımova onların sənətinə göstərdiyi diqqət və qayğıya görə prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Sonra bacılar konsert proqramı təqdim ediblər.

Foto: Ramin ASLANOV