Xanım həkimlər bir araya yığışdı - Sevinc ad günü keçirdi

Xanım həkimlər  bir araya yığışdı -  Sevinc ad günü keçirdi
21497 dəfə oxunub
  • A-
  • A
  • A+

İyunun 16-da həkim, ümumi və bariatrik cərrah Sevinc Şirinova ad gününü qeyd edib.

Axşam.az xəbər verir ki, məclis şəhər restoranlarından birində baş tutub. Gənc cərrahın bu xoş günündə onun rəfiqələri, ölkənin tanınmış həkimləri iştirak ediblər. Sevinci təbrik edən həmkarları, ona gələcək iş və şəxsi həyatında uğurlar arzulayıblar.

Qeyd edək ki, S.Şirinova hazırda "Grand Hospital"da  çalışır. İndiyədək onun tərəfindən bir neçə uğurlu mədəkiçiltmə əməliyyatları həyata keçirilib.  Gənc cərraha artıq çəki və piylənmədən əziyyət çəkən insanlar tərəfindən tez-tez müraciət olunur.

Fotoqraf Ramin Aslanov S.Şirinovanın ad günü mərasiminə qatılıb və məclisdən maraqlı kadrlar lentə alıb. Həmin görüntüləri təqdim edirik: