Məşhur "Casio" saatları Bakıda - fotolar

Məşhur "Casio" saatları Bakıda - fotolar
7066 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün VMF şirkəti Azərbaycanda ilk dəfə olaraq dünyaca məşhur "Casio" saatlarının "G-SHOCK" butikinin böyük açılışını edib.

Axşam.az-ın məlumatına görə, açılışda məşhur simalar, saat həvəskarları və gənclər iştirak edərək "öz güclərini göstəriblər". Saatların dözümlülüyünü əyani nümayiş etdirmək üçün suya, ağırlığa, zərbəyə və temperatura davamlılıqla bağlı müxtəlif testlər keçirilib. Müsabiqələrdə qalib gələn iştirakçılara "Casio" saatları hədiyyə edilib.

"Casio G-Shock" saatları Yaponiya istehsalıdır. Bu qol saatları zərbəyə, suya, toza, palçığa, istiyə, soyuğa maksimum dözümlüdür. Qırılmaq və xarab olmaq kimi probleminin olmaması ilə dünyanın bütün digər saat brendlərindən fərqlənir. Hər büdcəyə uyğun saatlar qlobal səviyyədə çox dəbli və məşhurdur.

Rihanna, Selena Qomez, Farrel Uilyams, Eminem və hətta Dmitri Medvedyev kimi məşhurlar da "G-Shock" istifadəçiləridir.

Bununla yanaşı "G-SHOCK"lar barometr, termometr, altimetr, kompas, gün, tarix, il, zəngli saat kimi bir çox funksiyaları ilə saat dünyasında özünə rəqib tanımır. Nyu-York, Paris, Berlin, Tokio, Seul kimi şəhərlərin gəncləri artıq çoxdan "G-SHOCK" həvəskarıdır.

"G-SHOCK" sevən, idmanı həyat tərzinə çevirmiş son dəbli, müasir və aktiv gənclərin sayı artıq Bakıda da hər gün artmaqdadır. Artıq ən dəbli orijinal "Casio" saatlarını VMF salon və butiklərindən münasib qiymətlərə əldə etmək mümkündür.

Xatırladaq ki,  VMF şirkəti 1997-ci ildən ən məhşur İsveçrə və Yaponiya saat brendlərinin Azərbaycanda rəsmi və ekskluziv distributorudur.

Özünüzə G-SHOCK yaşadın!

"G-SHOCK" Butikin ünvanı: 28 May Küçəsi 34a, 23 nömrəli məktəbin yaxınlığı.

Əlaqə nömrəsi: 050 257 80 28