Sentyabra indidən yer qalmayıb - Toy etmək istəyənlərin nəzərinə!

Sentyabra indidən yer qalmayıb - Toy etmək istəyənlərin nəzərinə!
7560 dəfə oxunub
  • A-
  • A
  • A+
Sentyabr ayına hələ bir xeyli vaxt qalsa da, şadlıq evlərinin əksəriyyətində toy etmək üçün yer tapmaq müşkül məsələyə çevrilib. Sifarişlər bir neçə ay öncədən verilib. Bəs gəlin görək vaxtın çox olmasına baxmayaraq niyə sifarişlər bu qədər çoxdur?

Artıq sentyabr ayına indidən şadlıq saraylarında yer qalmayıb. Toy etmək istəyənlər 3 ay öncədən yerləri sifariş veriblər.

Restoran inzibatçılarının sözlərinə görə, sentyabr ayında demək olar ki, hər günə toy sifarişi var.

Restoranların bu qədər tez sifariş verilərək tutulmasının isə bir neçə səbəbi var.

İnzibatçılar bildirirlər ki, əvvəlki illərlə müqayisədə bu il toyların sayı çoxalıb. İyul-avqust aylarında keçən il toy üçün 5-10 dənə sifariş olurdusa, bu ilin analoji dövrü ilə müqayisədə bu bir xeyli artıb.

Sifarişlərin çox olması isə qiymətlərə təsir etməyib. Şadlıq evlərindən bildiriblər ki, tələbin çox olmasına baxmayaraq onlar qiymətlərdə artım olmasına imkan verməyiblər. Hətta bəzi restoran menyularındə 5-10 manata kimi ucuzlaşma da var.

xezerxeber.az