“Duman” qrupunun solisti Kaan Tangözedən xəyanət səbəbindən boşanan model Seçkin Piriler rəfiqələri ilə Şəbnəm Ferahın konsertini izləyərkən görülüb.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, model keçmiş əri ilə eşq yaşayan Kıvılcım Uralla bağlı gözlənilməz açıqlama verib. Belə ki, Kıvılcım İngiltərədə məşhur təhsil mərkəzlərindən birinin musiqi müəllimliyi sertifikatını qazansa da, Kaan icazə vermədiyi üçün ora gedə bilməyib. Seçkin isə məsələyə belə münasibət bildirib:
 
“Oxudum ki, icazə verməyib, çox pis oldum. Amma daha mənə onlarla bağlı sual verməyin. Mən çoxdan unutmuşam, siz də unudun. Nə adlarını eşitmək, nə də qəzetlərdə xəbərlərini görmək istəyirəm. Daha bu mövzunu bağlayın”.