Kənanla Pərvin sevgilidir? - Aygündən açıqlama

Kənanla Pərvin sevgilidir? -  Aygündən açıqlama
42305 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Aygün Mahmudova rejissor həyat yoldaşı Kənan M.M.-lə aktrisa Pərvin Abıyeva arasında yayılan şayiələrə cavab verib.

Axşam.az-ın məlumatına görə, sənətçi "ATV maqazin onlarla” verilişinə açıqlamasında bildirib ki, ərinə ləkə yaxmağa çalışırlar.

İfaçı Kənanla Pərvinin sevgili olma xəbərlərini onları sevməyənlərin yaydığını deyib:

“Aktrisanı rejissor filmə çəkir. Rejissor öz aktrisasına pis gözlə baxarsa, Allah ona elə pis gözlə baxar. Bu sözləri şişirtmək ayıbdır. Şişirdənlər günah qazanırlar. Ramazan ayında bu günahları hara yığırlar bilmirəm. Tamamilə yanlış düşüncələrdir. Hər zaman ortada əxlaqsızcasına hərəkət edən kişilərimiz olub.  Amma ağır təbiətli bir insana bunu yönləndirmək olmaz. Kənan barəsində nələr danışırlar... Pərvinlə o qədər gözəl münasibətim var ki... Bir-birimizin evinə gedib-gəlirik. Ailəsini, anasını tanıyıram. Belə bir sözü Pərvin üçün çıxarmalarına pis oluram. Bunun olması mümkün deyil. Sosial şəbəkələrdə uşaq-muşaqlar belə söz yaradırlar. Yazırlar ki, “Bəlkə, Aygünün xəbəri yoxdur?”. Əzizlərim, Aygün şou-biznesin içindədir. Kənan mənim hər zaman yanımdadır. Pərvin onun sənət dostudur. Kənan ona pis gözlə baxmaz”.