Türkiyənin məşhur arabesk ifaçısı, mərhum müğənni Müslüm Gürsesin aktrisa həyat yoldaşı Muhterem Nur şəxsi həyatı ilə bağlı gözlənilməz etiraflar edib.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, özünün “Ömrümcə ağladım” kitabında aktrisa uşaqlıqda başına gələn bədbəxtlikləri qələmə alıb. Muhterem Nur 12 yaşı olarkən təcavüzə uğradığını bildirib:

“Gizlənpaç oynayırdıq. İnşaatı yarımçıq qalan divara üzümü tutub saymağa başlamışdım. Sonra səssizlik yarandı. Yavaşca arxaya çevrildim. Qarşımda nəhəng bir adam gördüm. Qışqırmaq istədim, üzümə sillə vurdu. Əlləriylə ağzımı tutdu, nə qədər çabalasam da, faydası olmadı. Hələ 12 yaşım var idi və mən zorlanmışdım. Gözümü xəstəxanada açdım. Məni qadınlar tapmışdı. Özümdən gedib, başımı daşa vurmuşdum, deyəsən. Özümə gələndə çox utandım. Bir daha məktəbə getmədim”.

Bu hadisədən sonra bütün kişilərdən nifrət etdiyini deyən Nur ikinci belə bir bədbəxtliyin başına xalasının əri tərəfindən gətirildiyini deyib:

“Xalam evdən çıxanda əri mənə ədəb yerini göstərirdi. Mənə təcavüz etmək istədi, amma anam gəlib onu tutdu və çölə atdı”.
 
Müslüm Gürseslə ailə həyatından da danışan aktrisa əri tərəfindən də zaman-zaman şiddət gördüyünü etiraf edib:
 
“Müslümlə keçən hər günüm gözəl idi. Amma içki içəndə məni döyür, saçımı əlinə dolayırdı. Amma özünə gələndə pis olur, “əlim qırılsın” deyirdi. O sözündən sonra isə mənim ürəyim sızıldayırdı. Öfkəsini, qəmgin mahnı sədaları altında içdiyi içkinin səbəbini başa düşürdüm. Müslümün həyat hekayəsi drammatikdi. Mən onu buraxmayacaqdım”.