"19 yaşımda düşünmədən ailə qurdum" - Samira ağladı

"19 yaşımda düşünmədən ailə qurdum" -  Samira ağladı
25510 dəfə oxunub
  • A-
  • A
  • A+
“Özümə çox qapanan insanam. Ağılla iş görürəm. Çünki özümə yaxın qoyduğum insanı sonra buraxmaq istəmirəm”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Samira Allahverdi “Hər şey daxil” verilişində deyib.

Sənətçi eyni zamanda ailə həyatından da danışıb:

“19 yaşımda ailə qurdum. Həmin vaxt bir o qədər də düşünmədim. Universitetdə oxuyurdum. Təbii ki, sevib ərə getdim. Əslində indiki zamanda daha çox ağıl lazımdır. İki insan arasında mühüm olan hörmətdir. Hörmət olandan sonra sevgi də olur. Əlbəttə ki, ürəyimlə ailə həyatı qurdum. Mən sonra elə yaşa çatdım ki, indi əsas sevgim balalarımadır, onların gələcəyini fikirləşirəm. Müdrikləşdim, artıq mənim üçün hörmət hər şeydən üstündür”.

Samira daha sonra Mətanət İsgəndərlinin “Axtarma məni” mahnısını oxuyaraq göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, müğənninin bir qız, bir oğul övladı var.