Anasını xatırlayan əməkdar artist ağladı - video

Anasını xatırlayan əməkdar artist ağladı -  video
2207 dəfə oxunub
  • A-
  • A
  • A+

ARB TV-nin “Ömrün fəsilləri” verilişinin növbəti qonağı əməkdar artist Gülüstan Əliyeva olub.

Axşam.az xəbər verir ki, müğənni uşaqlıq illərindən və ailəsindən danışıb:

“Atam, anam həmişə çalışıblar ki, bizi yaxşı geyindirsinlər. Evin böyük qızı mən idim, 1-ci paltar mənə alınırdı. Sonra o paltarı verirdim kiçik bacıma, sonra o verirdi o biri bacıma. Bütün bunlara baxmayaraq biz ailədə düşünməmişik ki, bu şeyimiz yoxdu, kaş bizim də olaydı. Həmişə deyirəm ki, həyatımızda heç vaxt yeri dəyişməyən yeganə varlıq anadır”.

G.Əliyeva bildirib ki, anası onun musiqiçi olmasını istəməyib:

“Anam bizim musiqiyə getməyimizə, ali təhsil almağımıza qarşı idi. Çünki anam çox savadsız idi. Buna baxmayaraq bizim təhsilimizin üstündə çox dayanırdı. Anam adını belə yaza bilmirdi. Amma həmişə bizim yaxşı oxumağımız, əyin-başımız, davamiyyətimiz üçün çalışırdı. Amma qızının gedib uzaqda təhsil almasını istəmirdi. Ümumiyyətlə bizim nəslimizdə qız uşaqları oxumayıb. Anam savadsız olmağına baxmayaraq o qədər dünya görüşlü, hər şeyin yerini bilən idi ki...".

Anasından danışarkən G.Əliyeva göz yaşlarını saxlaya bilməyib:

“Anam ailənin ağırlığını daşıyırdı. Gənc yaşlarımdan çıxıb Bakıya gəlmişdim, indi təəssüf edirəm ki, anamı çox az görmüşəm. Çox sonradan mənə nəsilləri - Abbasqulu Ağanın qohumları olmağı haqqında danışırdı".