"Formula 1"də Bakıda işıqforlar söndürülən küçə və prospektlərin siyahısı

"Formula 1"də Bakıda işıqforlar söndürülən küçə və prospektlərin siyahısı
1026 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı Nəqliyyat Agentliyinin qərarı ilə Bakıda keçiriləcək “Formula-1" Azərbaycan Qran Pri yarışı ilə əlaqədar 19-26 iyun tarixlərində bəzi küçə və prospektlərin kəsişmələrində quraşdırılan siqnal kontrollerlərinə "sarı döyünən işıq" və "svetoforun söndürülməsi" siqnal əmri tətbiq edilib.

Bakı Nəqliyyat Agentliyindən Axşam.az-a verilən məlumata görə,həmin günlər Azərbaycan pros.-Əziz Əliyev küçəsi, Əziz Əliyev küçəsi - Neftçilər prospekti, Bülbül prospekti- Neftçilər prospeti, Üzeyir Hacıbəyov küçəsi - Rixard Zorge küçəsi, Üzeyir Hacıbəyov küçəsi - Aleksandr Puşkin küçəsi, Üzeyir Hacıbəyov küçəsi - Azadlıq prospekti, Rəşid Behbudov küçəsi - Üzeyir Hacıbəyov küçəsi, Bülbül prospekti- Üzeyir Hacıbəyov küçəsi, Rəşid Behbudov küçəsi - Zərifə Əliyeva prospekti, Bülbül prospekti - Zərifə Əliyeva küçəsi, Səməd Vurğun küçəsi - Zərifə Əliyeva prospekti, Bülbül prospekti - Əfsələddin Xəqani küçəsi, Rəşid Behbudov küçəsi - Əfsələddin Xəqani küçəsi, Azadlıq prospekti - Əfsələddin Xəqani küçəsi, Aleksandr Puşkin küçəsi - Əfsələddin Xəqani küçəsi, Aleksandr Puşkin küçəsi - Nizami Gəncəvi küçəsində "Svetoforun söndürülməsi" siqnal əmri tətbiq ediləcək.
 
Bu günlər ərzində həmçinin Üzeyir Hacıbəyov küçəsi - Keykab Səfərəliyeva küçəsi, Azadlıq prospekti - Nizami Gəncəvi küçəsi, Bülbül prospekti- 28 May küçəsi, 28 May küçəsi - Aleksandr Puşkin küçəsi, Bülbül prospekti - Şəmsi Bədəlbəyli küçəsi, 28 May küçəsi- Keykab Səfərəliyeva küçəsi, 28 May küçəsi- Rixard Zorge küçəsi, Səməd Vurğun küəsi - Üzeyir Hacıbəyov küçəsi, Bünyad Sərdarov küçəsi- Səid Rüstəmov küçəsində "döyünən işıq" siqnal əmri tətbiq ediləcək.