Musiqili Teatr mükafat verəcək

Musiqili Teatr mükafat verəcək
171 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan Dövlət Musiqili Teatrının 107-ci mövsümü yekunlaşmaq üzrədir.

Qurumun mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Axşam.az-a bildirib ki, mövsümün başa çatması ilə əlaqədar teatrda mükafatlandırma mərasimi olacaq.

Tədbirdə “Mövsümün aktrisası”, “Mövsümün aktyoru”, “Mövsümün perspektivli aktyoru”, “Mövsümün perspektivli aktrisası”, “Mövsümün sevilən aktrisası”, “Mövsümün ən məhsuldar aktyoru”, “Bərpa tamaşasında uğurlu rola görə”, “Mövsümün ən işgüzar əməkdaşı”, “Mövsümün debütü - aktrisa”, “Mövsümün debütü - aktyor”, “Mövsümün ən yaxşı balet artisti”, “Mövsümün ən yaxşı xor artisti”, “Mövsümün ən yaxşı musiqiçisi”, “Mövsümün ən yaxşı texniki işçisi” nominasiyaları üzrə qaliblər bəlli olacaq.

Mərasimdə həmçinin “Mövsümün ən yaxşı tamaşası” elan olunacaq. Qaliblərə xüsusi prizlər və mükafatlar veriləcək.