Səmranın anası: "Qızımın sponsoru özüməm" - fotolar

Səmranın anası: "Qızımın sponsoru özüməm" -  fotolar
12494 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, müğənni Səmra Rəhimli ötən gün media nümyəndələrini başına yığaraq yeni klipini təqdim edib.

Axşam.az-ın məlumatına görə, tədbirdə sənətçinin anası İlahə Baxşıyeva da fotokameralara tuş gəlib.

İ.Baxşıyeva bildirib ki, qızının prodüserliyini edir. O, həm də övladının sponsorluğunu özünün etdiyini söyləyib:

“Səmranın bütün geyimi, obrazı üzərində özüm işləmişəm. Hətta maliyyələşdirən də mənəm. Klipdə yer alan it Səmranındır. Onu özüm çəhrayı rəngə boyamışam”.

Qeyd edək ki, İ.Baxşıyeva “Miss Şarm Azərbaycan-2003” müsabiqəsinin qalibi olub.

Foto: Ramin ASLANOV