"Bu il də evlənməsəm, mənə qarşı şübhələr oyanacaq" - Müşfiq

"Bu il də evlənməsəm, mənə qarşı şübhələr oyanacaq" -  Müşfiq
5804 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktyor Müşfiq Şahverdiyev bu il heç bir komediya filmi çəkməyəcək.

Axşam.az xəbər verir ki, “Hər şey daxil” verilişinin qonağı olan aktyor bu il özünü aktyor kimi sınayacağını deyib:

“Hər filmdən pul qazanmaq olmur. Gərək elə keyfiyyətli iş təqdim edəsən ki, pul qazana biləsən. Bizim kütləmiz böyük deyil. Yavaş-yavaş artır. 2-3 il əvvəl kinoteatra 60-70 min adam üz tuturdusa, indi 100 mini keçib. 2014, 2015, 2016-cı illərdə 3 film çəkmişəm. Həm prodüser, həm də baş rol ifaçısı olmuşam. Bu il film çəkməyi düşünmürəm. Çünki bir-iki filmdən təklif almışam, orada aktyor kimi çəkiləcəyəm. Hələlik qıraqdan vəziyyəti seyr etmək istəyirəm”.

Sentyabrda evlənməyə hazırlaşan Müşfiq toyundan da danışıb:
 
"Bu il sentyabrın 11-i ad günümdə - 34 yaşımın tamamında vüsalıma qovuşacağam. Nəslimizə söz vermişəm ki, bu il “söhbəti bağlayacağam”. Bu ildən də keçsə, artıq mənə qarşı bəzi şübhələr oyanacaq (gülür)”.