Murad Dadaşovla Ranar Musayev barışdı - video

Murad Dadaşovla Ranar Musayev barışdı -  video
3245 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Murad Dadaşovıa aparıcı Ranar Musayev barışıb. 

Axşam.az-ın məlumatına görə, şoumen Ranarın da aparıcısı olduğu “5-ci element” verilişinin qonağı olub.

Proqramın sözügedən buraxılışı həftənin bazar günü ATV-də yayımlanacaq. Hazırda isə verilişin anonsları yayımlanıb.

Qeyd edək ki, Murad Dadaşov telekanalların işini pisləmişdi. Onun bu açıqlamasına reaksiya verən R.Musyaev onunla bağlı qalmaqallı sözlər demişdi. O, məhz şoumenin əli ilə “Lider”də işdən çıxarıldığını bildirmişdi:

“Çox gülməlidir. Deyən lazımdır ki, birincisi 2008-ci, 2009-cu illərdə sizə “Lider” telekanalında baş prodüser vəzifəsi etibar olunmuşdu. Bacarığınızı göstərərdiz də... Boş-boşuna danışmaqla deyil ki... İllərnən əziyyətnən yaradılan telekanalı məhv etdiniz.

İkincisi siz deyildinizmi həmin baş prodüser vəzifəsində olarkən, olan-qalan istedadları işdən çıxaran, əzən, məhv edən?”.