Çağlanın ərindən etiraf: "Evləndikdən sonra..."

Çağlanın ərindən etiraf: "Evləndikdən sonra..."
17684 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Emre Altuğ boşandığı həyat yoldaşı Çağla Şikeldən danışıb.
 
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, ifaçı Çağla ilə ayırlma səbəbini açıqlayıb:

“İnstaqramda hələ də bizi barışdırmağa çalışanlar var, bunu etməsinlər… Evləndikdən sonra heç bir iş görmədim. Müğənnilik sektorundan geri çəkildim. Uşağımız olsun istəyirdik, oldu. Çağla düşündüyümdən də yaxşı ana oldu. Karyeramla bağlı ondan heç vaxt əngəl görmədim. Evdə oturmağa qərar verdim. Ancaq bir müddət sonra gördüm ki, bu, məni narahat edir. Karyeramla məşğul olmadığım üçün həmişə özümü günahkar bilmişəm. Çağla ilə eyni küçədə qalırıq. Onları tək qoya bilmərəm. 10 il az müddət deyil”.

Qeyd edək ki, Emre Altuğla Çağla Şikelin 2 oğlu var.