"Formula 1"dən ilk fotolar

"Formula 1"dən ilk fotolar
2392 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib.

Axşam.az-ın məlumatına görə, Azərbaycan paytaxtında artıq ikinci dəfədir keçirilən Formula 1 yarışında bu gün pilotların birinci və ikinci sərbəst yürüşləri olacaq. İyunun 24-də üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Qeyd edək ki, bir neçə dəqiqədən sonra türkiyəli müğənni Tarkan səhnəyə çıxacaq.

Bundan başqa, dünya ulduzu Nikol Şerzinger sabah çıxışını təqdim edəcək. "Black Eyed Peas" qrupu və Meray Kerinin də də yarış günlərində paytaxtda konsert verəcəyi gözlənilir.

Fotolar: İlqam CƏBİYEV