Bir zamanlar "Leyli və Məcnun" olub ayrılan cütlüklər - fotolar

Bir zamanlar "Leyli və Məcnun" olub ayrılan cütlüklər - fotolar
28150 dəfə oxunub
  • A-
  • A
  • A+

Axşam.az xarici KİV-ə istinadən gözlənilməz anda qəribə səbəblərlə ayrılan məşhur cütlükləri təqdim edir:

Aktyor Arda Kural və Yıldız Asyalı – ayrılma səbəblərini Yıldız belə açıqlamışdı:

“Ardanın ailəsi məni istəməyə gəlmişdi. Toy tariximiz bəlli idi. Evimiz hazırlanmış, əşyalarımız alınmışdı. Arda son dəfə keçmiş sevgilisini görmək və ona əlvida demək istədi. Getdi, uzun müddət gəlmədikdə şübhələndim. Məni aldatdığını düşündüm və ayrıldıq”.



Müğənni Tarkan və Bilge Öztürk – onların ayrılığı da gözlənilməz olub. Bir şam yeməyində görüntülənən cütlüyü təbrik edərkən onlar ayrılmaq qərarı aldıqlarını bildiriblər.

Bilge: “Bu, bizim üçün çox çətin oldu, amma dost qalmaq istədik. Yollarımızda ayrı-ayrı yürümək istədik” deyib.



Aktrisa Hande Ataizi və Fazıl Say – bir vaxtlar bir-birinə dəlicəsinə aşiq olan daha bir cütlük. Ayrılıq açıqlamasında Fazıl bildirib:

“Hande ilə olduqda insan “nəzarətsiz mağazaya” bənzəyir. Ailəm də bunu mənə dedikdən sonra münasibətlərimizə son qoydum”.

Ataizi Say haqda: “Onu çox sevdim. Birlikdə olmağımıza görə də peşman deyiləm” sözlərini vurğulayıb.

Kıvanç Tatlıtuğ və Meltem Cumbul – ayrılmalarına səbəb Melmetin uşaq istəməsi olub. O, Kıvança ana olmaq istədiyini bildirdikdə, aktyor ailə və uşağın onun üçün ikinci planda olduğunu bildirib.

Aktyor Bülent İnal və Beren Saat – bir-birilərini çox sevsələr də, ayrıldılar. Buna səbəb kimi Berenin “Aşk-ı-memnu”dakı öpüşmə səhnələri olduğu iddia olunub.

Aktyor Kənan İmırzalıoğlu və Zeynep Beşerler – cütlük ayrılma səbəbini açıqlamasa da, “Aşk ve Ceza” serialında Zeynəbin tərəf müqabili ilə öpməsi Kənanın xoşuna gəlməyib və bundan sonra yollarını ayırıblar.