Şou-biznesin cavan nənələri - fotolar

Şou-biznesin cavan nənələri - fotolar
3298 dəfə oxunub
  • A-
  • A
  • A+

Axşam.az xarici KİV-ə istinadən 45 yaşına qədər nənə olan məşhurları təqdim edir:

Aktrisa Prisçilla Presli – müğənni Elvis Preslinin xanımı. Cütlük 14 yaşında tanış olub, 22 yaşında evlənib. 1967-ci ildə ailə quran məşhurların 1968-ci ildə ilk qızları Liza Mariya dünyaya gəlib. Hazırda 49 yaşı olan Lizanın 3 övladı var. Prisçilla ilk dəfə 44 yaşında nənə olub.

Aktrisa Vupi Qolberq – Hollivudun ən gənc nənəsidir. 34 yaşında ilk nəvəsini qucağına alıb. Özü 18 yaşında, qızı 16 yaşında ərə gedib.

Müğənni Tina Törner – iki doğma, iki ögey oğulları var. İlk dəfə 45 yaşında nənə olub.

Musiqiçi Ketrin Cekson – müğənni Maykl və Ceni Ceksonun anasıdır. İlk övladı Robbinin uşağı olanda Ketrin 41 yaşında olub.

Aparıcı və model Svetlana Bondarçuk – 2012-ci ildə oğlu Sergeyin Marqarita adlı qızı olub. 44 yaşlı Svetlana ilk nəvəsini qucağına alıb.