Dünya bu qadından danışır - ölən oğlunu almaza çevirdi

Dünya bu qadından danışır - ölən oğlunu almaza çevirdi
7827 dəfə oxunub
  • A-
  • A
  • A+

Honq-Konqda yaşayan Eva Vu adlı qadın oğlu öldükdən sonra qeyri-adi addım atıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Evanın 17 yaşlı oğlu xərçəng xəstəliyindən dünyasını dəyişib.

Bununla barışa bilməyən qadın cəsədlərin külünü almaza çevirən şirkət haqda eşidir.

İsveçrədə yerləşən şirkətə müraciət edən ana oğlunun külündən hazırlanmış almazı boynunda gəzdirir. O, bu yolla rahatlıq tapdığını deyir.

Almazların qiyməti isə karatın çəkisindən asılı olaraq, 3-37 min dollar arasında dəyişir.

Cəsəddən götürülən 200 qr kül laboratoriyaya göndərilərək, filtrdən keçirilir. Əldə edilən kütlə karbona çevrilir. Saflaşdırılan kül 9 saatlıq emaldan sonra qara almaz halına gətirilir.