Tarkanın Bakı konserti baş tutdu - fotolar

Tarkanın Bakı konserti baş tutdu - fotolar
4200 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, müğənni Tarkan Bakıdadır.

Axşam.az-ın məlumatına görə, ifaçı Dənizkənarı Milli Parkda "Formula 1" çərçivəsində konsert proqramı ilə çıxış edib. Tamaşaçılarla salamlaşan meqastar ölkəmiz üçün darıxdığını bildirib:

"Bakı üçün çox darıxmışdım. Burada olmaqdan zövq alıram. Konsertim "Formula 1"in ən yadda qalan konserti olmalıdır".

Tarkan çıxışı zamanı yeni albomundan mahnılar səsləndirib. Sonda yenidən ölkəmizə gəlmək ümidi ilə sənətçi tamaşaçılarla vidalaşıb.

Foto: Pəri Arifqızı, İlqam Cəbiyev