80 yaşlı nənənin qolunu qandallayıb polis bölməsinə apardılar - fotolar

80 yaşlı nənənin qolunu qandallayıb polis bölməsinə apardılar - fotolar
20027 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin Adana şəhərinin Seyhan qəsəbəsində qonşuların şikayət etdiyi 80 yaşlı Zəkiyə Gəzgiç adlı qadını polislər bölməyə aparıb.

Axşam.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, qonşuların iddiasına görə Z.Gəzgiç evin damına çıxaraq digər evlərə daş atıb.

Şikayətdən sonra polis yaşlı nənənin evinə gedib. Polisləri görən qadın dama çıxıb və daş ataraq polislərin yaxınlaşmasına əngəl olub. Polislərin bütün cəhdinə baxmayaraq qadını damdan endirmək mümkün olmayıb. Nəticədə qadının qollarına qandal vurularaq damdan endirilib və polis bölməsinə aparılıb.

Qonşuların sözlərinə görə, qadın tək yaşadığı üçün psixoloji problemlər keçirir.