"Ərimə hər gün yenidən aşiq oluram" - məşhur müğənni

"Ərimə hər gün yenidən aşiq oluram" - məşhur müğənni
5717 dəfə oxunub
  • A-
  • A
  • A+
Uzun müddətdir ekranlarda görünməyən müğənni Nadide Sultan müsahibə verib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ifaçı rejissor həyat yoldaşı Hakan Yonat ilə evliliyindən bəhs edib.

Sultan evlilik sevgini öldürürmü sualına "Xeyr, elə bir şey yoxdur.Məncə, tam əksinədir. 3 ildir hər gün yenidən ərimə aşiq oluramş" cavab verib.

Nadide yoldaşı ilə 20 il bundan əvvəl öncə tanış olduğunu bildirib:

“20 il əvvəl ilk dəfə görüşdük. Sonra 10 il bir-birimizi görmədik. Bir dəfə mənə “Facebook”da dostluq göndərdi. Qəbul etdim. Danışdıq, görüşdük və evləndik. Odur ki, sosial şəbəkələr arasında “Facebook”un mənim üçün ayrı bir yeri var”.