Tuba Büyüküstün çətin günlər yaşayır - gizli fotolar

Tuba Büyüküstün çətin günlər yaşayır - gizli fotolar
13237 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Tuba Büyüküstün çətin günlər yaşayır.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, iş adamı Umut Evirgenlə sevgili olduğu xəbəri yayıldıqdan sonra Umutun həbs olunması Tubanı qorxudub. Çıxdıqları bir məkanda onları çəkən bir jurnalistə hücum etdiyi üçün həbs olunan iş adamının ardından aktrisa da paparazzilərdən gizlənməyə çalışır.

O, uşaqlarını da götürərək Muğlada bir kənd evinə yerləşib. Bütün səylərinə rəğmən görüntülənməkdən xilas ola bilməyən Tuba telefonla danışarkən görünüb. Gərgin halı ilə diqqət çəkən aktrisa uşaqları ilə də vaxt keçirir.