Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı
514 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, iyunun 27-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq.

Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeronda gecə 19-22, gündüz 28-33 dərəcə isti, Bakıda gecə 20-22 dərəcə, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 763 mm civə sütunundan 759 mm civə sütutuna enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55% təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21 dərəcə, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 33-38 dərəcə isti, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.