"Hababam sınıfı"ndakı o səhnənin sirri 40 il sonra açıldı - fotolar

"Hababam sınıfı"ndakı o səhnənin sirri 40 il sonra açıldı - fotolar
23732 dəfə oxunub
  • A-
  • A
  • A+

"Yeşilçam"ın unudulmaz filmlərindən olan "Hababam sınıfı uyanıyor"dakın qaçış səhnəsi ilə bağlı maraqlı detal ortaya çıxıb.

Axşam.az-ın "Hürriyet"ə istinadən məlumatına görə, lövhədə qaçış planını kimin çəkdiyi ortaya çıxıb. Həmin mükəmməl və peşəkar planı filmdə Dilaver obrazını canlandıran aktyor Dilaver Gur çəkibmiş.

O, əsl sənətinin mühəndislik olduğunu, filmə isə təsadüf nəticəsində çəkildiyini etiraf edib:

"Filmə fərqli obrazların axtarıldığı elanı görüb müsabiqəyə getdim. Bir qədər sonra məni çəkilişlərə dəvət etdilər. Seçim zamanı münsiflər heyətində Adile Naşit, Münir Özkul, Tarık Akan, Kemal Sunal, Ertem Eğilmez kimi əfsanəvi heyəti görəndə şok olmuşdum. Film ilk çıxan zaman mən ata-anamla seyr etmişdim. Sonra uşaqlarımla izlədim, indi isə nəvələrimlə birgə baxırıq. Artıq üçüncü nəsildir ki, filmi sevir.

Çəkilişlər zamanı rejissor Ertem Eğilmez "Sən mühəndissən, bir plan çək" dedi və həmin səhnəni mənim öhdəmə buraxdı. "Hababm sınıfı" mənim bir ilimi aldı, məktəbi bir il gec bitirdim. Amma çox xoşbəxtəm. 40 il sonra belə xatırlanmağım isə çox xoş oldu".