Bred Pitə görə milyarder ərindən boşandı - fotolar

Bred Pitə görə milyarder ərindən boşandı - fotolar
6015 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən il aktrisa Ancelina Colidən ayrılan aktyor Bred Pitin adı müxtəlif sevgi romanlarında çəkilir.

Axşam.az-ın məlumatına görə, Qərb mediası model El Makfersonun milyarder əri Ceff Sofferdən ayrılmasını da aktyorla əlaqələndirir. İddia edilir ki, El Pitlə görüşür. Los-Ancelesdə bir gecə klubunda tanış olan cütlük hələ ki münasibətlərini gizlədir.

Digər iddiaya görə isə, B.Pitt Ancelinadan sonra həmkarı Sienna Millerlə sevgili münasibəti yaşayır. İngiltərə Qlastonbern festivalında bir araya gələn ikilinin səmimi münasibəti diqqətlərdən yayınmayıb.

Hələ ki tərəflərdən heç biri bu haqda danışmaq istəmir.