Oksana küsülü olduğu Natavan haqda: "İstəsəm barışaram"

Oksana küsülü olduğu Natavan haqda:  "İstəsəm barışaram"
2027 dəfə oxunub
  • A-
  • A
  • A+
Rəqqasə Oksana Rəsulova və küsülü olduğu keçmiş rəfiqəsi Natavan Həbibini "Maşın" şounun final günü aparıcı Hacı Nuran Hüseynov barışdırmaq istəsə də alnmayıb.

Axşam.az-ın mlumatına görə, Oksana "ATV maqazin onlarla" verilişində deyib ki, ifaçı ilə barışmaq niyyəti yoxdur:

"Küsülü insanlar bir yerə gəlirlərsə, bir-birini görməməzlikdən gələcəklər. Aramızda olan problem, küsülülük bizə aiddir. İstəsəm mən onunla barışaram. Hacı Nuranı çox istəyirəm. Gəlib ki, küsülü qalmayın, barışın. Ona dedim ki, başqa söhbətdir, mən gərək barışmaq istəyim".

Oksana həmkarı Fatimə Fətəliyevanın ona dəstəyindən söz açıb:

"Fatimə orada bir xanıma dəstək oldu. Böyük bir addım idi, minnətdarlığımı bildirirəm".