Bərgüzar Korel: “Onun "Hürrəm"i də, hərəmi də mənəm”

Bərgüzar Korel: “Onun "Hürrəm"i də, hərəmi də mənəm”
3525 dəfə oxunub
  • A-
  • A
  • A+

Bərgüzar Korel. Azərbaycan tamaşaçısı onu “Min bir gecə” serialından tanıdı. Daha sonra “Bitməyən şarkı” və “Karadayı” ilə tamaşaçıların görüşünə gəldi. Elə onunla “Karadayı” serialının çəkilişindən sonra görüşdük. Yorğun idi… Tələsirdi... Amma qısa söhbət etməyə razılaşdı.

Axşam.az aktrisanın publika.az-a verdiyi müsahibəni təqdim edir:

- Sizə hansı Bərgüzar kimi yanaşaq? Övladı üçün fədakarlıq edən, pavliyonda mahnı oxuyan, yoxsa Hakimə xanım?

- Konservatoriyadakı tələbə Bərgüzar kimi. Məncə, o simamı itirməmişəm.

- İki məşhur insanın evliliyi necə gedir? Bu evlilik çətin deyil ki?

- Mənə bu evlilik səbr etməyi öyrətdi. Məsələn, istirahət gününün tez gəlməsini istəyirəm. Çətin məqamları çoxdur. İkimiz də çox çalışırıq. Bəzən evdə danışmağa halımız belə olmur. Yorğunluq, stress - bunlar hayatımızda çətinliklər yaradır.

- Gəzi parkı hadisələrində Halit bəyi çox incitdilər. Hətta sizinlə bağlı da xoşagəlməz ifadələr səsləndi.

- İnsanlar seçimlərində azaddır. Halit bəy öz düşüncəsini nümayiş etdirdi. Amma bəziləri bunu çirkinləşdirdi. Bizə qarşı gərəksiz sözlər dedilər. Bunları xatırlamaq istəmirəm. Hər kəs öz sifətini göstərdi.

- Bəzən Halit bəylə sizin də sevginizin sonunun çatdığını deyirlər.

- Niyə sonları çox sevirik?! Hər şeyin mütləq sonumu olmalıdır?! Bəlkə biz öləndən sonra da sevgimiz qalacaq. Bunu kim bilir?!

- Heç eqonuz sizə güc gəlirmi?

- Eqoların ailədə nə işi var? Hər kəs kimi biz də bir iş görürük. Səhər işə, axşam evə. Həkim deyilik, aktyoruq.

- Həm də anasınız. Bu da çox önəmlidir.

- Ana olmamışdan öncə də uşaq mənim üçün həyat demək idi. Uşaq olmasa, onsuz da heç bir gözəllik olmaz. Övlad xəzinədir. Ağıllı insanlar bu xəzinəni qazanır. Körpə ailə, yaşam, nəfəs deməkdir.

- İşdən sonrakı vaxtlarınızda nə edirsiniz?

- Şəkil çəkməyi sevirəm. Mısır çarşısını, Eminönünü gəzməyi çox xoşlayıram. Gedib oradan evə bazarlıq edirəm. Ümumiyyətlə nə istədiyimi bilən biriyəm.

- “Min bir gecə”dən sonra niyə pavliyon qadını rolunu qəbul etdiniz? Bu bir az aşağı olmadımı?

- Bu rolu aktrisalıq həyatımla bağlı narahatlıqlarım var idi deyə, qəbul etdim. Əslində “Min bir gecə” serialında da məni ittiham edirdilər. Mən bir rəng - ağ, və ya qara deyiləm. Onlardan başqa da rənglər var. Pavliyon qadınını oyandım. Nə olsun?! Mənim də özümə qoyduğum sərhədlər var, amma qərəzli deyiləm.

- Hakim qadın rolunda çox ciddisiniz. Həyatda da bu qədər ciddisinizmi?

- Bir aralar çox ciddi idim. Qara rəng kimi… Hətta geyimlərimdə də bu görünürdü. Sonra aynaya baxdım və dedim ki, niyə beləyəm? Dəyişmək lazımdır. İndi rəngliyəm. Danışmağı, gülməyi çox sevirəm. Amma paparatsilərin mənim, oğlumun gizli şəkillərini çəkməsini sevmirəm. Çünki sakit və xoşbəxt bir həyatım var və pozulmasını istəmirəm.

- Sizə gözəl qadın deyirlər.

- Əslində mən ana olandan sonra gözəlləşdim.

- Amma Halit bəy sizi öncədən kəşf etmişdi.

- Hə, əslində onu evlənməmişdən 6 il öncə tanıyırdım. Amma Halit məni kəşf etdi. Mən bir az qapalıyam. Hər kəs mənim nə düşündüyümü bilməz. Çox az danışardım, elə hey ürəyimlə dərdləşirdim. Amma Halitdən sonra danışmağı öyrəndim. Halit indi mənə, ailəsinə qarşı çox sadiqdir. Bizim evliliyimiz çox safdır.

- O həm də böyük bir hərəmi olan “Sultan Süleyman”dır.

- (Gülür) Onun “Hürrəm”i də, hərəmi də mənəm.