Xalq artisti ilə vida mərasimi keçiriləcək - yeri və vaxtı dəqiqləşdi

Xalq artisti ilə vida mərasimi keçiriləcək - yeri və vaxtı dəqiqləşdi
4809 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün dünyasını dəyişən xalq artisti Qəndab Quliyeva ilə vida mərasimi keçiriləcək.

Axşam.az-ın məlumatına görə, bu barədə Lent.az-a xalq artistinin oğlu Hafiz Həmidov məlumat verib.

O bildirib ki, sabah saat 10:00-dan 12:00-a qədər Təzə Pir məscidində Q.Quliyeva ilə vida mərasimi olcaq.

Xatırladaq ki, Q.Quliyeva bu gün səhər saatlarında rəhmətə gedib. 

Qeyd edək ki, bir neçə dəfə insult keçirən xalq artistinin vəziyyəti bu ilin fevral ayından ağırlaşmışdı. Bir neçə gündür Respublika Diaqnostika Mərkəzinə yerləşdirilən xanəndənin bu sabah vəziyyəti pisləşdiyindən həkimlər onu süni nəfəs aparatına qoşmuşdular. Vəziyyətində heç bir irəliləyiş olmayınca, həkimlər Q.Quliyevanın ailə üzvlərinə  onu evə aparmağı məsləhət görüblər. Xalq artisti xəstəxanadan çıxandan sonra dünyasını dəyişib.