"Google" cərimələndi - 2.7 milyard dollar

"Google" cərimələndi - 2.7 milyard dollar
805 dəfə oxunub
  • A-
  • A
  • A+

Avropa Komissiyası "Google" şirkətini 2.42 milyara avro (2.7 milyard dollar) məbləğində cərimə kəsib.

Axşam.az APA-ya istinadən xəbər verir ki, şirkət rəqabət qaydalarını pozduğu üçün cərimələnib. Bildirilir ki, "Google" axtarış sistemi onlayn alış-verişlə bağlı müraciət edən istifadəçiyə ilk sırada özünün "Shopping Box" xidmətini nümayiş edir, digər şirkətlərin təkliflərini isə arxa planda qalır.

Avropa Komissiyası bir neçə ildə "Google"a məxsus "Alphabet" şirkəti ilə bağlı tədqiqat aparıb.