Kamrandan yeni veriliş: "Efirdən kənar"

Kamrandan yeni veriliş: "Efirdən kənar"
2227 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Kamran Quliyev uzun fasilədən sonra yeni verilişlə qayıdır.

Axşam.az-a açıqlama verən aparıcı bildirib ki, "Efirdən kənar" adlanan proqram internetdə yayımlanacaq:

"Bu, mənim "K.A. media" qrupumun yeni layihəsidir. Burada qonaqlarla edilən heç bir söhbət montaj olunmadan yayımlanacaq. Artıq bir neçə bölüm lentə alınıb. Yaxın günlərdə tamaşaçılar internetdə onları izləyə biləcəklər. İlk qonaqlarımız Afaq Gəncəli, Pərvin Abıyeva, Üzeyir Mehdizadə, Kamil Zeynallı olub. Layihənin ideya müəllifi Ayxan Abdullayev, aparıcısı mən, operator və rejissorları Alvin Mahmudov və Orxan Abahirdir".

K.Quliyev payızda yeni telelayihə də edəcəyini söyləyib.