Prezident 1 gündə 50 toyda iştirak etdi

Prezident 1 gündə 50 toyda iştirak etdi
3753 dəfə oxunub
  • A-
  • A
  • A+
Tacikistanın Milli Birlik Günü münasibətilə Prezident Emoməli Rəhmon Vaxdat şəhərində bir gündə 30 toy və 20 sünnət mərasimində iştirak edib.

Axşam.az Azərtac-a istinadən xəbər verir ki, dövlət başçısı Emoməli Rəhmon bəy və gəlinlərə, həmçinin sünnət olunan uşaqlara hədiyyələr bağışlayıb. Milli Birlik Günü hər il respublikanın bir şəhərində qeyd olunur. Həmin şəhərdə yeni obyektlər istifadəyə verilir, şənliklər keçirilir.

Qeyd edək ki, ölkədə vətəndaş müharibəsinin başa çatması münasibətilə təsis olunan Milli Birlik Günü bu il 20-ci dəfə qeyd edilir.