Məşhur dizayner qızını ərə verdi - fotolar

Məşhur dizayner qızını ərə verdi -  fotolar
1123 dəfə oxunub
  • A-
  • A
  • A+

66 yaşlı amerikalı dizayner Tommi Hilfirgerin qızı Ellinin toyu olub.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı varis uzun müddətdir sevgili olduğu Stiv Heşa ərə gedib. Toy Myustik adasında baş tutub.

Elli və Stiv 6 ildir tanışdılar, onlar birlikdə qızlarını böyüdürlər. Cütlüyün nişan mərasımı ötən il Parisdə olmuşdu. Elli əvvəlcə toyunu Konnektikutedəki villalarında etmək istəyib. Sonradan fikrini dəyişən Elli qonaqlarını Karib dənizinin sahilinə toplayıb.  

"Ən yaxşı dostuna və qəlbinin tək sahibinə ərə getmək qədər gözəl hiss ola bilməz" deyə, Elli İnstaqram səhifəsində yazıb.

Gəlini nikah masasına Tommi Hilfirger gətirib. Dizayner eyni zamanda qızının gəlinlik libasını da özü hazırlayıb. Toyda qonaqların əksəriyyəti ağ paltar geyinib.