"Ərimi qısqanmıram" - Emma

"Ərimi qısqanmıram" -  Emma
1696 dəfə oxunub
  • A-
  • A
  • A+

ARB Ulduz-un “Şou məkan” verilişinin növbəti qonağı Emma (Elmira) Ələkbərzadə olub.

Axşam.az-ın məlumatına görə, bir müddət əvvəl istirahətə gedən ifaçı Bodrum səfərindən doymadığını etiraf edib:

“İstirahətimi etdim, ancaq yenə etməliyəm. Çünki bir həftə mənim üçün azdır. İstirahətimiz çox gözəl keçdi. İki bacı bir yerdə istirahətin dadını çıxardıq. Çox darıxırdıq. Çünki oğlum David Bakıda qalmışdı. Bibim qızı bütün günü şəkillərini göndərirdi.

Davidi aparsam, gərək mən özümlə dayə də götürərdim. Hesab elədik ki, David hələ balacadır, onun iki yaşı var. Ümumiyyətlə, deyirlər üç yaşına qədər gərək uşağı təyyarəyə mindirməyəsən. Mən hər dəfə 11 saat Amerikaya uçanda körpə uşaqlar 11 saat ağlayırdı, səsləri kəsmirdi. Qoy böyüsün, hər şeyi başa düşsün, aparacam”.

Sənətçi həyat yoldaşından da söz açıb:

“Kimsə qalıb işləməlidir, düzdürmü? Mən evdə olanda Emilin istirahət günü olanda ailəvi yığışırıq. Mən, Sevda, David, bibimqızı, övladları... Emil kabab çəkir. Sonra çıxıb gəzirik. Davidin yatmaq vaxtı gələndə evə qayıdırıq. O, yatandan sonra yenə də gəzməyə çıxırıq.

Övladıma qarşı həssasam”.

E.Ələkbərzadə həyat yoldaşını qısqanmamasından danışıb:

“Bu insan yorğun-arğın vəziyyətdə evə gəlir. Mən onu nəyə qısqanım? Hazırladığı ləziz yeməkləri insanlar bəyənir. Bilirəm o, öz zəhmətilə çalışır, evə qayıdır”.