"Xalq artisti olmaq istəyirəm" - Elvin

"Xalq artisti olmaq istəyirəm" -  Elvin
764 dəfə oxunub
  • A-
  • A
  • A+

"ARB TV"nin "Evgördü" verilişinin növbəti qonağı müğənni Elvin Abdullayev olub.

Axşam.az-ın məlumatına görə, sənətçi heç vaxt konsert verməməsində sponsorları günahlandırıb:

"12 ildir səhnədəyəm, amma mənim konsertim olmayıb. Mini konsertlərə də önəm vermirəm. Bunun günahkarı sponsordur. Konsert verməyə hazıram. Sadəcə sponsor onu təşkil etmir, həmin büdcəni vermir.

İstəyirəm ki, xalq artisti, sayılıb-seçilən sənətçilərdən olum. Əlçatmaz deməyək, bu an əlçatmaz sənətçi yoxdur. İstənilən sənətçini hər hansı şou proqramda görmək olar. Yaxşı işlər görmək istəyirəm, ruzimin bol olmasını arzu edirəm".