"İdeal ər" tamaşasında ər arvadının sevgilisini döydü - foto

"İdeal ər" tamaşasında ər arvadının sevgilisini döydü - foto
3088 dəfə oxunub
  • A-
  • A
  • A+
Moskvada Çexovun “İdeal ər” tamaşasında əsl "tamaşa" yaşanıb.

Axşam.az-ın Lent.az-a istinadən məlumatına görə, Moskva Bədaye Teatrının binasına daxil olan kişi tamaşaçıların gözü qarşısında arvadının sevgilisini döyüb.
 
Sonra məlum olub ki, qadın tamaşaya sevgilisi ilə gəlibmiş. Bu zaman onları əri yaxalayıb. Belə ki, qısqanc ər arvadının çantasında “İdeal ər” tamaşasına biletləri görüb və arvadının kiminlə tamaşanı izləyəcəyini öyrənmək üçün onu izləmək qərarına gəlib.
 
Arvadının sevgilisini görən kimi də onun üstünə atılıb və onun başına zərbələr endirib. Teatrın mühafizə xidməti qəzəbli ərin əlindən qadının dostunu güclə alıb və polisə təhvil verib.
 
Aydın olub ki, münaqişəyə “səbəb” olan qadın bir həftə əvvəl ərinə ayrılacağını deyibmiş.